Rəşad Sadıqova 6 milyonluq təklif

İDMAN 02 iyl 2020, 13:53

Futbolçu karyerasını başa vuran Rəşad Sadıqovun «Zirə»nin sükanı arxasına keçmək variantı haqda bir müddət əvvəl xəbər paylaşmışdıq.


Sportinfo klub rəhbərliyinə yaxın mənbələr vasitəsilə öyrənib ki, fəxri prezident Orxan Məmmədov «Qarabağ»ın keçmiş kapitanına belə bir təklif verib.


«Pro» kateqoriyasını hələ 2 il öncə alan sabiq müdafiəçi hələ qəti qərarını verməyib. Aydın məsələdir ki, işsiz qalmayacaq. O da işsiz qalacaqsa, daha nə oldu…


Sadıqov həmişə iddialı olub və adına layiq yerdə çalışmağa üstünlük verəcəyi şübhə doğurmur. Bu, «Qarabağ»da Qurban Qurbanovun köməkçisi postu da ola bilər, əsas milli də.


Qaldı ki «Zirə»yə, əldə etdiyimiz məlumata görə, Zaur Həşimovla vidalaşan qəsəbə klubunun yenidən iddialı olması Rəşad Sadıqovdan asılıdır. Büdcəsi 2 milyon manata düşən «qartallar»ın ala biləcəyi «ikinci nəfəs» ona bağlıdır.


Belə ki, Məmmədov növbəti dəfə Sadıqovdan komandanın sükanı arxasına keçməsini istəyib. Razılaşarsa, «Zirə»nin büdcəsi heç vaxt olmayacağı qədər, konrkretləşdirsək, 6 milyon manatadək artıralacaq.


Bu, sırf növbəti mövsümə aid rəqəmdir. Sadıqov daha 2 il görəvini davam etdirərsə, ayrılan vəsaitin həcmi bir qədər də böyüyəcək.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top