Siyasət

"Ən ədalətsiz məhkəmə Bakı Apellyasiya Məhkəməsidir" — Tanınmış vəkil

Ən ədalətsiz məhkəmə Bakı Apellyasiya Məhkəməsidir — Tanınmış vəkil

"Azərbaycanda ən ədalətsiz məhkəmə Bakı Apellyasiya Məhkəməsidir".

Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış vəkil Ceyhun Yusifov deyib.

"Bu məhkəmənin cinayət kollegiyasının qapısından mənim rastlaşdığım ədalət keçməyib. Azərbaycanda məhkəməhüquq islahatlarıaparmaq istəyiriksə,ilk öncə Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyevdən başlamaq lazımdır. Çünki onun "səyi" nəticəsindəhəmin məhkəmənin ədalət tərəzisinin nizamı itmişdir . Bu halı təsdiq edən təkcə mənim əlimdəyüzlərlə fakt var. Məhkəmə institutlarının ədalətli və ictimai nəzəri ən çox sarsıdan Bakı Apellyasiya Məhkəməsidir".

Tanınmış vəkil, sonda ölkədə aparılan nümunəvi vədəstəklənən hüquq islahatlarınınuğurlabaşa çatdırılması istəyində olduğunu bildirib.

Zamiq

Demokrat.az

D
demokrat.az