Murad Dadaşov onu da Xəzər TV-yə gətirdi

ŞOU-BİZNES 30 iyn 2020, 22:35

"Xəzər" televiziyası tamaşaçıya yaxın günlərdə yeni layihə təqdim edəcək. '>


Demokrat.az xəbər verir ki, sözügedən telekanalın rəhbəri Murad Dadaşov türkiyəli müğənni Doğuş ilə müqavilə imzalayıb.


Müqaviləyə əsasən Doğuş "Xəzər" kanalında şou xarakterli veriliş aparacaq.


Proqramın adı "Doğuş şou" adlanır. Sözügedən veriliş yaxın vaxtlarda start götürəcək.


Qeyd edək ki, Doğuş "Xəzər" TV-də yayımlanan "Səni axtarıram" sosial-ictimai proqramın aparıcısı və layihə rəhbəri Xoşqədəm Baxşəliyevanın həyat yoldaşıdır.("Teleqraf")

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top