TƏBİB-dən xəstəxana həyətində çəkilən görüntülərlə bağlı AÇIQLAMA

HADİSƏ 30 iyn 2020, 20:25
“E-təbib mobil tətbiqi istifadə olunur. Vətəndaşlara SMS şəklində cavab getmir və getməyəcək. Mobil tətbiqi vasitəsilə FİN kod tələb olunacaq və nəticələr ordan tələb olunacaq”.
 
 
Demokrat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
 
 
TƏBİB rəsmisi bildirib ki, proqram yeni olduğundan müəyyən texniki problemlər ola bilər:
 
 
“Bu da yaxın günlərdə aradan qaldırılacaq. COVID-19 xəstəxanalarda olan tibbi tullantıların məhv edilməsi ilə bağlı məsələ daim diqqətdədir".
 
 
O əlavə edib ki, tibbi tullantılarla bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həyətində çəkilən görüntülər araşdırılıb və təkrar olunmaması üçün tədbirlər görülüb.
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top