Ramin Bayramlının istefası ilə bağlı RƏSMİ AÇIQLAMA

HADİSƏ 30 iyn 2020, 18:47

"TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı da iş başındadır. Bu gün Türkiyədənq dəvət etdiyimiz yeni həkim qrupu Bakıdadır. Onlar koronavirusla mübarizədə dəstək üçün dəvət olunublar. Ramin müəllim REACT layihəsi çərçivəsində işlərlə ciddi məşğuldur. Tibb müəssisələrinə monitorinqlər həyata keçirilir və o, şəxsən özü bu işə nəzarət edir”. 


Demokrat.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.


Qeyd edək ki, jurnalistlərdən biri Ramin Bayramlının brifinqlərə qatılmaması, istefa verməsi ilə bağlı sual verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top