Bölgələrdə şimşək çaxıb, yağış yağıb — FAKTİKİ HAVA

HADİSƏ 28 iyn 2020, 13:05

İyunun 28-i səhərədək respublikanın bəzi yerlərində şimşək çaxıb, arabir yağış yağıb.


Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata əsasən, yağışın miqdarı Gədəbəydə 10, Daşkəsən, Naxçıvanda 8, Göygöldə 6, Şahdağda 5, Tərtər, Ağdam, Sədərəkdə 3, Şərur, Şahbuz, Ağdərə (Ordubad), Zərdab, Lerik, Balakəndə 2, Gəncə, Şəmkir, Tovuz, Zaqatala, Xaltan, Bərdə, İmişli, Sarıbaş (Qax), Xınalıq, Yardımlıda 1 mm olub. 


Səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, yağış yağıb. Külək tədricən mülayimləşib.


Havanın temperaturu iqlim normasından 1.7 dərəcə aşağı olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-27, aran rayonlarında 24-28, dağlıq rayonlarda 16 dərəcəyədək, Naxçıvan MR-da 29-32 dərəcə isti olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top