Dünya

Həcc ziyarəti xarici zəvvarlar üçün ləğv edildi

Həcc ziyarəti xarici zəvvarlar üçün ləğv edildi

Səudiyyə Ərəbistanı koronavirusa görə xarici ölkələrdən gələn zəvvarlar üçün Həcc ziyarətini ləğv edib.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

"Həcc ölkənin ərazisində yaşayan müxtəlif milliyyətlərdən olan zəvvarların olduqca məhdudlaşdırılmış sayının iştirakı ilə olacaq", - deyə krallıq hakimiyyətinin bəyanatında deyilir.

D
demokrat.az