Deputat: “Koronavirusa yoluxmağımla bağlı deyilənlər həqiqətəuyğun deyil”

GÜNDƏM 21 iyn 2020, 19:56

“Bu gün Milli Məclisdə "COVİD-19" infeksiyası ilə bağlı testdən keçdim. Cavabı hələ açıqlanmayıb. Hər şey yaxşıdır, özümü gümrah hiss edirəm”.

 

Demokrat.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
 

T.Kərimli onun koronavirusa yoluxması ilə bağlı deyilənlərin həqiqətəuyğun olmadığını bildirib: 


“Hərə bir söz deyir, yazır... Biz, sadəcə, testdən keçmişik. Bu da normal haldır. Testdən keçmək koronavirusa yoluxma anlamına gəlməməlidir. Qaydalara hər birimiz əməl etməliyik, özümüzü, yaxınlarımızı qorumalıyıq!”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top