Dünya

Gürcüstan koronavirusu bitirir: Cəmi 2 yoluxma

Gürcüstan koronavirusu bitirir: Cəmi 2 yoluxma

Qonşu Gürcüstanda koronavirus epidemiyasının yayılması tamamilə minumuma enib.

Demokrat.az xəbər verir ki, bu gün Gürcüstanda cəmi 2 nəfərdə koronavirus aşkar edilib.

Virusdan vəfat edən yoxdur.

Qeyd edək ki, 4 milyona yaxın əhalisi olan Gürcüstanda indiyədək 898 koronavirusa yoluxma aşkarlanıb. Onlardan 752-i sağalıb, 14-ü vəfat edib.

Hazırda 132 nəfərin müalicəsi davam etdirilir. Ölkədə həyat ritmi normallaşmaqdadır.(Turkustan.info)

D
demokrat.az