"Çox hörmətli TƏBİB, XİN, xahiş edirəm bu adamların bu cür formada saxlanılması və alçaldılması ilə bağlı araşdırma aparın və buna son qoyun".
Yeniavaz.com xəbər verir ki, bu sözləri tanınmış radio aparıcısı Tural Yusifov(DJ Tural) Dağıstan sərhəddində qalmış həmvətənlərimiz barədə yazıb. O həmçinin həftəsonu rayonlara üz tutanların da koronavirusun yayılmasına səbəb olacağını bildirib:
“Çox hörmətli TƏBİB , XİN -i xahiş edirəm bu adamların bu cür formada saxlanılması və alçaldılması ilə bağlı araşdırma aparın və buna son qoyun. Bu adamların ölkəyə gətirilməsini üstünüzə götürün. Düşərgə o tayda yox, bu tayda olsun. Kütləvi qaçıb rayonlara xəstəlik apara biləcəklərindən qorxursunuzsa, üstlərində rus əsgəri yox olsun Azərbaycan əsgəri olsun. Həmçinin, narahat olmayın, həftə sonu gedənlər və qayıdanlar yayılma məsələsini həll etdilər. 600 adamdır. Onlara kömək edin”.



