Dünəndən etibarən sərt karantin rejimi tətbiq edilən rayon və şəhərlərdə çatdırılma xidməti ilə 8 mindən çox dərman sifarişi qeydə alınıb.
Demokrat.az Xəzər TV-yə istinadən məlumatına görə, sifarişlər daha çox zəruri dərman vasitələri ilə bağlı olub.
"Aptek Online" şəbəkəsinin rəhbəri Rüfət Azayevin sözlərinə görə, müraciətlərin çatdırılmasında sıxlığın yaranmasına səbəb ehtiyac olmayan vasitələrin də sifariş verilməsidir.
Qeyd edək ki, sistem 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Dərmanların çatdırılması isə məsafədən və məbləğdən asılı olmayaraq ödənişsizdir.


