Paşinyanın babasının faşist olduğunu yazan sayt dağıdıldı — FOTOFAKT

DÜNYA 08 iyn 2020, 14:46

Ermənistanın Baş naziri Nikol Paşinyanın babasının 2-ci dünya müharibəsi zamanı faşist Almaniyasına xidmət etməsi haqqında xəbər hazırlayan “İravunk” qəzetinin rəsmi veb-səhifəsinə xaker hücumu olub.


Demokrat.az xəbər verir ki, bu barədə məlumat “İravunk” qəzetinin sosial şəbəkə hesabından paylaşılıb. Bildirilir ki, “iravunk.com” saytına edilən hücum nəticəsində xəbər saytının fəaliyyəti dayandırılıb.


Qeyd edək ki, Ermənistanın ən populyar media orqanlarından olan “İravunk” qəzetinin təxminən bir ay əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanın  babası haqqında hazırladığı xəbərdə Baş nazirin babasının əslində faşist Almaniyası tərəfindən SSRİ-yə qarşı döyüşdüyü və 1943-cü ildə müharibədə həlak olduğu bildirilib.


Onu da bildirək ki, “İravunk” qəzeti Ermənistanda Rusiyaya bağlılığı, Rober Koçaryana yaxınlığı ilə bilinən bir qəzetdir. Qəzetin sahibi Hayk Babuxanyan adlı siyasətçidir.


Vaxtı ilə Koçaryanın partiyasından deputat seçilib. İrəvandakı Rusiya-Ermənistan Universitetinin kafedra müdiridir.  Hər zaman Rusiyanın mövqeyini təbliğ edib.(yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top