Bakıda gənc ölü tapıldı

HADİSƏ 06 iyun 2020, 11:13

İyunun 5-də Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində üzərində zorakılıq əlamətləri olmayan, təxminən 25-30 yaşlarında bir gəncin meyiti tapılıb.


Demokrat.az xəbər verir ki, bu barədə saytımıza hüquq-mühafizə orqanlarından məlumat verilib.


Araşdırma zamanı onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Həmin şəxsin əvvəllər narkotik ticarəti ilə bağlı məhkum olunmuş, 1999-cu il təvəllüdlü Əfqan Məmmədov olduğu məlum olub.


Ölümün səbəbi hələlik müəyyən edilməyib. 


Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top