Kriminal

Bakıda kişi arvadını liftdə öldürdü

Bakıda kişi arvadını liftdə öldürdü

Bakıda qətl hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə mayın 21-i saat 21 radələrində qeydə alınıb.

Binəqədi rayonu, Cavadxan küçəsində yaşayan 1980-cı il təvəllüdlü Hafiz Əsgərov qısqanclıq zəminində binanın liftində arvadı, 1980-cı il təvəllüdlü Könül Əsgərovaya bir neçə bıçaq zərbəsi vuraraq öldürüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.(qafqazinfo.az)

D
demokrat.az