Hadisə

Sumqayıtda məişət tullantıları poliqonunda yanğın söndürüldü — YENİLƏNİB

Sumqayıtda məişət tullantıları poliqonunda yanğın söndürüldü — YENİLƏNİB

Sumqayıtda məişət tullantıları poliqonunda yanğınsöndürmə işləri başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a məlumat verilən məlumata görə, yanğın saat 20:55-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

XXX

19:30

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a məlumat verilib.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Demokrat.az

D
demokrat.az