Ölkə vətəndaşları hökumətin fəaliyyətini bəyənir — SORĞU

SOSİAL 18 may 2020, 16:58

"Vətəninfo.az” İnformasiya Agentliyinin "Strateji araşdırmalar mərkəzi” koronovirus pandemiyası ilə bağlı respublika hökuməti tərəfindən həyata keçirilən tədbirlərin əhali tərəfindən necə qarşılandığını öyrənmək məqsədi ilə sorğu keçirmişdir. 


Sorğuda respondentlərə aşgıdakı sualla müraciət edilmişdir :


-Koronovirus (COVİD-19) pandemiyası ilə bağlı ölkəmizdə hökumət tərəfindən həyata keçirilən kompleks tədbirləri necə qiymətləndirirsiniz ?


785 nəfər respondentin iştirak etdiyi sorğunun nəticələri aşağıdakı kimi olmuşdur:


1)Tam qənaətbəxş qiymətləndirirəm                             - 702 nəfər,  89,43% 

  
2)Qismən qənaətbəxş qiymətləndirirəm                        -  64 nəfər,    8,15 %   


3)Qeyri-məqbul qiymətləndirirəm                                - 19 nəfər,     2,42 %   


Sorğuda iştirak edənlərin 387 nəfərini, yəni 49,3%-ini kişilər, 398 nəfərini, yəni 50,7%-ini isə qadınlar təşkil etmişdir. 


Respondentlərdən 321 nəfəri, yəni 40,89 %-i orta təhsilli, 38 nəfəri, yəni  4,84 %-i orta-ixtisas təhsilli, 379 nəfəri, yəni 48,28 %-i ali təhsilli, 19 nəfəri, yəni 2,42 %-i doktorant və elmi dərəcəsi olanlar, 28 nəfəri, yəni  3,57 %-i isə tələbələr olmuşdur.

 
Sorğuda 722 nəfər, yəni  40,89 % işləyən,  24 nəfər, yəni  3,06 % işsiz,  39 nəfər, yəni  4,97 % isə təqaüddə olan respondent iştirak etmişdir.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top