Polis Bakıda əməliyyat keçirdi — SAXLANILANLAR VAR

KRİMİNAL 14 may 2020, 10:15

Bakıda narkotik alveri ilə məşğul olan şəxslər aşkar edilib.


Hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib. Daxil olan məlumat əsasında Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakinləri 1996-cı il təvəllüdlü E.Hacıəliyev və əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü R.Şammədov saxlanılıblar.


Üzərinə baxış zamanı E.Hacıəliyevdən 1,282 qram metamfetamin, 1,07 qram marixuana, R.Şammədovdan isə 1,892 qram metamfetamin aşkar olunaraq götürülüb.


Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.(trend.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top