Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Səhiyyə nazirlərinin video bağlantı formatında görüşü baş tutacaq.
Demokrat.az xəbər verir ki, toplantıya Səhiyyə naziri Oqtay Şirəliyev də qatılacaq.
İclasda koronavirusla mübarizədə əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, iclasda Türkiyə, Qırğızıstan, Özbəkistan və Qazaxıstanın səhiyyə nazirləri də iştirak edəcək.(yenicag.az)


