Hadisə

Azərbaycanda yaşayış evində partlayış: 3 nəfər dağıntılar altından çıxarıldı

Azərbaycanda yaşayış evində partlayış: 3 nəfər dağıntılar altından çıxarıldı

Masallıda yaşayış evində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, hadisə rayonun Təzə Alvadı kəndində qeydə alınıb. Belə ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

Yanğın hadisəsi olmayıb. Partlayış zamanı evin konstruksiyaları dağılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri 2-si azyaşlı olmaqla 3 nəfəri dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

D
demokrat.az