"Hələ də karantin rejiminə əməl etmədən virusu yayan vətəndaşlar var".
Demokrat.az xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, vətəndaşlar karantin qaydalarına riayət etməsə, ölkədə daha sərt rejimin tətbiqi üçün hökumət qarşısında məsələ qaldırılacaq.
R.Bayramlı onu da əlavə edib ki, məhz karantin rejiminin vətəndaşlar tərəfindən kobudcasına pozulması koronavirusa yoluxanların sayının artmasına təsir göstərir.


