Kriminal

Korrupsiya idarəsi şirkət rəhbərini həbs etdi

Korrupsiya idarəsi şirkət rəhbərini həbs etdi

Bakıda dələduzluq, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan şirkət rəhbəri həbs edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Namazov Emin Tapdıq oğlu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli

Demokrat.az

D
demokrat.az