Bu gecə, bir zamanlar ABŞ-ın baş prokuroru olmuş, mərhum prezident Con Kennedinin qardaşı Robert Kennedinin nəvəsi Meyv Kennedi Taunsend MakKinin meyiti tapılıb.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, qadın dörd gün əvvəl 8 yaşlı oğlu Qideon ilə kanoedə okeana gedərkən itkin düşüb.
Onların axtarışında onlarla mütəxəssis iştirak edib. Meyvin meyiti okean sahilində tapılıb. Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.


