Azərbaycanda koronavirusa yoluxanların sayı artıb.
Demokrat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah son məlumatında daha 41 nəfərin virusa yoluxduğunu açıqlayıb.
Beləliklə, ölkədə koronavirus infeksiyası aşkarlanan şəxslərin sayı 400-ə çatıb.
Həmin xəstələrdən 8-nin vəziyyət ağır, 11-i orta ağırdır. Yerdə qalanların vəziyyəti sabitdir.
Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə həyatını itirib.


