Əcnəbilərlə bağlı qanuna dəyişiklik edilir

SİYASƏT 25 mar 2020, 21:22

Azərbaycanda əcnəbi vətəndaşlara daha bir hüquq verilir.

 

Bununla bağlı Miqrasiya Məcəlləsinə və “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

 

Dəyişikliyə görə, əcnəbilər Azərbaycanın peşə təhsili məktəblərinə daxil olanda onlara Azərbaycanda müvəqqəti yaşamaq hüququ veriləcək.

 

Bunun üçün illik rüsum isə 60 manat müəyyən edilib.

 

Bu zamana qədər isə xarici vətəndaşlar yalnız ali və orta ixtisas məktəblərinə daxil olanda onlara bu hüquq verilirdi.

 

Dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. (Oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top