Hadisə

Siqaret kötüyü Bakıdakı binada yanğın törətdi — FOTOLAR

Siqaret kötüyü Bakıdakı binada yanğın törətdi — FOTOLAR

Nərimanov rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

Hadisə Gülarə Qədirbəyova 8-10 ünvanındakı 18 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb.

Əraziyə FHN-in Nərimanov rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin 4 texnikası və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, yanğın məişət tullantılarına siqaret kötüyünün düşməsindən baş verib. (Oxu.az)

Demokrat.az

D
demokrat.az