ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin vəzifədən getməsini istəyib-istəmədiyi ilə bağlı suala cavab verərkən Rusiya Prezidenti Vladimir Putinin müharibəyə başlaması məsələsinə də toxunub.
Demokrat.az xəbər verir ki, jurnalist Trampdan Zelenskinin getməsini istədiyini xatırladaraq Putinin müharibəyə başlamasına dair faktı xatırladığını soruşub.
Tramp isə cavabında bütün detalları bildiyini deyib və onların bir gün ictimaiyyətə açıqlanacağını bildirib:
"Mən bütün detalları bilirəm, aydındır? Və bir gün onları açıqlayacağam".


