Maraqlı

Yuxuları gəlsə də, telefonu yerə qoymayan 3 bürc: Gecələr yatmaq bilmirlər

Yuxuları gəlsə də, telefonu yerə qoymayan 3 bürc: Gecələr yatmaq bilmirlər

Bəzi insanlar gecə saatlarında yuxuları gəlsə belə, telefonlarından ayrılmaqda çətinlik çəkirlər. Sosial şəbəkələrdə gəzmək, videolara baxmaq və yeni məlumatlar öyrənmək onların yuxu vaxtını uzadır. Astroloji şərhlərə görə, Əkizlər, Dolça və Oxatan bürcləri gecələr telefon qarşısında daha çox vaxt keçirənlər arasında göstərilir.

Əkizlər – Bir videodan digərinə keçirlər

Əkizlər bürcü maraqlı və ünsiyyətcil olması ilə tanınır. Bu bürcün nümayəndələri yatağa girdikdən sonra belə dostlarının mesajlarına cavab verə, xəbərləri oxuya və sosial şəbəkələrdə videolara baxa bilərlər.

Onların bir mövzudan digərinə sürətlə keçməsi "son bir video" düşüncəsinin saatlarla davam etməsinə səbəb ola bilər. Səhər yuxusuz oyanacaqlarını bilsələr də, yeni məlumatlar əldə etmək maraqları çox vaxt yuxudan üstün gəlir.

Dolça – Gecənin sakitliyində araşdırma aparırlar

Dolça bürcü gecə saatlarını öz maraqlarına vaxt ayırmaq üçün əlverişli hesab edənlər arasında təsvir olunur. Ətrafdakı hər kəs yatarkən onlar maraqlandıqları mövzuları araşdıra, forumlardakı müzakirələri oxuya və yeni tətbiqləri kəşf edə bilərlər.

Astroloji yanaşmaya görə, Dolçalar üçün gecə saatları məhdudiyyətlərdən uzaq, sərbəst vaxt deməkdir. Buna görə də telefonu kənara qoymaq onlar üçün asan olmur. Çox vaxt maraqlandıqları sualın cavabını tapana qədər ekran qarşısında qalırlar.

Oxatan – Telefon vasitəsilə yeni dünyalar kəşf edirlər

Oxatan bürcü səyahətə, macəraya və yeni təcrübələrə marağı ilə seçilir. Bu bürcün nümayəndələri telefonlarında səyahət fotolarına baxa, fərqli şəhərləri kəşf edə və maraqlı videolar izləyə bilərlər.

Bir videonun ardınca digərinin gəlməsi vaxtın necə keçdiyini unutdura bilər. Səhər yorğun oyanmaq ehtimalına baxmayaraq, gecə kəşf etdikləri maraqlı məkanları və əyləncəli videoları dostları ilə bölüşməkdən zövq alırlar.

NE
Nihadə Eyyubova