Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi vəfat edib.
Demokrat.az xəbər verir ki, bu barədə universitetin mətbuat katibi Esmira İsmayılova məlumat verib.
Bildirilib ki, Tarix-coğrafiya və incəsənət fakültəsinin Sosial iş ixtisası üzrə II tədris ili tələbəsi Sinan Musazadə uzun sürən ağır xəstəlik səbəbindən dünyasını dəyişib.
Universitet rəhbərliyi tələbənin vəfatından kədərləndiyini bildirərək mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


