Astroloji şərhlərə görə, bəzi bürclər güclü yaddaşları ilə seçilir. Onlar illər əvvəl baş vermiş hadisələri, eşitdikləri sözləri və yaşadıqları emosional anları uzun müddət unutmurlar. Əqrəb, Qız və Xərçəng bürcləri isə yaddaşı ən güclü olan bürclər sırasında göstərilir.
Əqrəb bürcü
Astroloji yozumlarda Əqrəb ən güclü yaddaşa sahib bürclərdən biri hesab olunur. Bu bürcün nümayəndələrinin illər, hətta onilliklər əvvəl baş vermiş hadisələri sanki dünən yaşanmış kimi xatırladıqları bildirilir. Onlar hadisələrin ən xırda detallarını belə yadda saxlayır, həm xoş, həm də ağrılı xatirələri təfərrüatı ilə danışa bilirlər.
Qız bürcü
Qız bürcünün nümayəndələri detallara diqqətləri və analitik düşüncələri ilə fərqləndirilir. Astroloji şərhlərə əsasən, onlar eşitdikləri sözləri, söhbətləri və hadisələrin baş verdiyi şəraiti uzun müddət yadda saxlaya bilirlər. Hətta illər əvvəl deyilmiş bir cümləni kimin və hansı şəraitdə söylədiyini xatırlamaları ilə seçilirlər.
Xərçəng bürcü
Xərçəng bürcü dost çevrəsinin «tarixçisi» kimi xarakterizə edilir. Onlar illər əvvəl keçirilmiş ad günü məclisinin harada baş tutduğunu belə unutmurlar.
Bununla yanaşı, güclü yaddaşın Xərçənglər üçün bəzən çətinlik yaratdığı da vurğulanır. Belə ki, keçmiş xatirələrə bağlılıq onların gələcəyə köklənməsini çətinləşdirə bilər.


