Hadisə

Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb

Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb

Qazax rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-21012" markalı minik avtomobili yolu keçmək istəyən 1976-cı il təvəllüdlü X. Civişovu vurub.

Hadisə zamanı avtomobildə olan 1974-cü il təvəllüdlü İ. Məmmədova və 1993-cü il təvəllüdlü G. Həmzəyeva da xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır. (APA)

NE
Nihadə Eyyubova