Hadisə

Salyanda "Mercedes"lə qatar toqquşub – VİDEO

Salyanda Mercedeslə qatar toqquşub – VİDEO

Bu gün Salyanda "Mercedes"lə qatar toqquşmasına aid görüntülər yayılıb.

ADY-nin məlumatına görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

"Bu gün səhər saatlarında "Mercedes" markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi avtomobil Salyan-Salmanlı sahəsində hərəkətdə olan lokomotivin qarşısına çıxıb.

Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində lokomotivə zərər dəyib.

ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına, o cümlədən yol nişanlarının tələblərinə ciddi əməl etməyə çağırır.

Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır", - məlumatda deyilir.