Xarici siyasət

Araikgilin işi BMT tribunasında – Bakı dirsək göstərdi

Araikgilin işi BMT tribunasında – Bakı dirsək göstərdi

Ermənistanla Azərbaycan münasibətlərində bir neçə min itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsi məsələsi hələ də həllini gözləyir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 24-də Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib.

Araikgilin işi BMT tribunasında – Bakı dirsək göstərdi

Erməni faşizminə qurulan "Nyurnberg məhkəməsi"

O, bu məsələ üzrə Azərbaycanla əməkdaşlığa dair razılıq əldə olunduğunu deyib. "Ermənistan mina təmizlənməsi məsələsində Azərbaycanla əməkdaşlığı davam etdirməyə və dərinləşdirməyə hazırdır. Təbii ki, Ermənistan cəmiyyəti münaqişə nəticəsində Azərbaycanda saxlanılan ermənilərin geri qayıtmasını gözləyir", – o vurğulayıb.

Hazırda Azərbaycanda 19 erməni saxlanılır. Onlara terrorçuluq, insanlığa qarşı cinayətlərdə təqsirli bilinərək uzunmüddətli həbsə məhkum edilib. 1990-cı illərin əvvəllərində başlayan Qarabağ münaqişə nəticəsində itkin düşənlərə gəlincə, Paşinyan çıxışında dəqiq say göstərməsə də, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) bu rəqəmin 1008 olduğunu açıqlayıb. Amma baş nazirin BMT tribunasında həbsdə olan cinayətkar ermənilərin məsələsini qaldırması iki cür izah olunur: Paşinyan həm daxili auditoriyaya oynayıb, həm də beynəlxalq aləmin diqqətini cəlb etmək istəyib. Düzdür, onları erməni daşnak-revanşist qüvvələrin dediyi kimi, "siyasi girov", "hərbi əsir" adlandırmayıb, amma məsələni işğal olunmuş ərazilərimizin azad olunması ilə bağlı zamanında 4 qətnamə qəbul etmiş BMT-də dilə gətirmək ikrah hissi doğurur.

Paşinyan Araik və digər canilərin həbsini BMT-də qabartmaqla nə demək istədi? Bu, Bakı ilə sülh prosesinə necə təsir edəcək?

Araikgilin işi BMT tribunasında – Bakı dirsək göstərdi

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Paşinyan BMT tribunasında erməni məhkumları qeyd etməyə məcbur idi: "Çünki daxili auditoriyanı nəzərə alıb. Əgər bu məsələni vurğulamasaydı, cəmiyyət onu qınayacaqdı ki, niyə bu barədə danışmayıb. Ona görə Azərbaycan bu çıxışı formal kimi qəbul edir. Lakin onların həbsinin hansı platformada dilə gətirilməsinə baxmayaraq, məhkəmənin qərarı dəyişməyəcək. Bu cinayətkarlar günahsız azərbaycanlıların qətlində iştirak edib. Hətta Avropa Məhkəməsi də onların xeyrinə qərar çıxarsa, icra olunmayacaq. Çünki Azərbaycan Avropa Məhkəməsinə yeni seçilən hakimlərlə bağlı rəy verilməsində iştirak etməyib. Və biz AŞPA-dakı fəaliyyətimizi dondurduğumuza görə Avropa Məhkəməsinin qərarlarını yerinə yetirmirik".

Hüquq müdafiəçisi qeyd edib ki, erməni məhkumların azad olunması nəzərdə tutulmayıb və belə bir qərarın nə vaxtsa veriləcəyi gözlənilmir: "Bu məsələ cənab prezidentin səlahiyyətindədir. Amma güman etmirəm ki, onlar əfv olunacaqlar. Üstəlik, Ermənistanla sülh müqaviləsi imzalanmayıb və belə bir şəraitdə onların ekstradisiyası da gündəmdə deyil. O baxımdan, istər Paşinyan BMT-də çıxış etsin, istərsə digər tribunalarda, toplantılarda məsələ qaldırılsın, bunun hər hansı nəticəsi olmayacaq. Azərbaycan həm beynəxalq, həm yerli qanunlara uyğun olaraq, hərbi caniləri mühakimə edib, obyektiv istintaq və məhkəmə aparılıb, onlara layiqli cəza verilib. Sadəcə, erməni tərəfi məsələni siyasiləşdirmək məqsədi ilə hər fürsətdə onların həbsini gündəmə gətirir. Amma heç bir dövlətin rəsmi çağırışı yoxdur ki, onları azadlığa buraxın. Azərbaycana qarşı bu tələbi irəli sürə bilməzlər və heç bir dövlət də bunu etməz. Axı onlar kimdir ki? Hər biri terrorçu, xunta rejiminin rəhbərləri, separatçı, uzun illər himayə olunmuş hərbi canilər... Bu adamları Qərb təşkilatlarında, Konqresdə, Avropa Parlamentində müdafiə edən bəzi qüvvələr isə həm öz dəyərlərinə tüpürür, həm də siyasi sifariş yerinə yetirirlər. Azərbaycan isə belə çağırışlara əsla əhəmiyyət vermir".

B
Qeyd edilməyib