Ötən ay Rusiya Ukraynaya qarşı müharibəsində 25 000, ondan əvvəlki ayda isə daha 32 000 nəfər itirib.
Demokrat.az "Fox News"a istinadən xəbər verir ki, ABŞ lideri Donald Tramp bu barədə jurnalistlərə bildirib.
"Onların 97%-i hərbçilərdir. Lakin hərbçi və ya mülki şəxs olmalarından asılı olmayaraq, sadəcə təsəvvür edin: 32 000. İki ay əvvəl 33 000 nəfər, bu ay isə 25 000 nəfər həlak olub. Necə də dəhşətli faciədir", - deyə ABŞ Prezidenti sözlərinə davam edib.Tramp həmçinin müharibəyə mümkün qədər tez son qoyulmasının vacibliyini vurğulayıb.
"Mən Zelenski ilə çox danışmışam; o, güzəştlərə gedir, Putin də həmçinin. Və bir gün ümid edirəm ki, yaxın gələcəkdə, bəlkə də sərt qış düşməzdən əvvəl onlar razılığa gələcəklər", - deyə Amerika lideri bildirib.

