Qazaxıstan və Azərbaycan arasında fiber-optik kabel xətti 2026-cı ilin sonunadək istismara veriləcək.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev onun himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna dair tədbirdə bildirib.
"Bu ilin sonunadək biz Azərbaycan və Qazaxıstanı Xəzər dənizinin dibi ilə birləşdirəcək fiber-optik kabel xəttini istismara verəcəyik. Bu da bizim üstünlüyümüzdür", - Prezident bildirib.

