Media

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İnvestorlar medianın yaydığı saxta xəbərlərə etibar etmədən Azərbaycan haqqında öz fikirlərini formalaşdırmalıdırlar.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, bu cür tədbirlərin üstünlüklərindən biri ölkə ilə şəxsən tanış olmaq və yalnız biznes nümayəndələrinin deyil, insanların da fikirlərini eşitmək imkanıdır:

"Bu günlərdə onlar istənilən insandan ölkə haqqında nə düşündüyünü, onun necə inkişaf etdiyini, düzgün istiqamətdə gedib-getmədiyini soruşa və müstəqil şəkildə öz fikirlərini formalaşdıra bilərlər".