“Kızılcık Şerbeti” serialında canlandırdığı “Aylin” obrazı ilə tanınan aktrisa Hamide Akkuş sevgilisi Tugay Ercins ilə nişanlanaraq evliliyə doğru ilk addımı atıb.
Demokrat.az xəbər verir ki, İstanbulda ailələrinin və yaxın dostlarının iştirakı ilə keçirilən mərasimdə üzüklər taxılıb. Ənənəvi“qayçı kəsmir”adəti isə şən anlara səhnə olub.
Xonçanı tutan şəxsin verilən bəxşişi az hesab etməsindən sonra xonçaya ard-arda200 TL-lik əskinaslarqoyulub və xonça pulla dolub. Həmin anlar kameralara saniyə-saniyə əks olunub.


Leyla Demokrat.az


