Maraqlı Özəl

İstifadə etdiyi sızanaq dərmanı həyatını dəyişdi — Bədəni bu hala düşdü (FOTOLAR)

İstifadə etdiyi sızanaq dərmanı həyatını dəyişdi — Bədəni bu hala düşdü (FOTOLAR)

Adi sızanaq müalicəsi ilə başlayan proses gənc amerikalı Kirtus Thibodeauxun həyatını kökündən dəyişib. Akne problemi ilə bağlı qəbul etdiyi dərman orqanizmində nadir və həyati təhlükəli DRESS sindromunu üzə çıxarıb.

2017-ci ildə sızanaqlarına görə müalicəyə başlayan Kirtus dərmandan sonra immun sisteminin ciddi reaksiyası ilə üzləşib. O, DRESS sindromu səbəbilə xəstəxanaya yerləşdirilib və həyatı üçün mübarizə aparıb. Sindromu aradan qaldırdıqdan sonra isə onun qarşısında yeni sağlamlıq problemləri yaranıb.

Dərmanın immun sisteminə təsiri nəticəsində Kirtusun orqanizmi öz hüceyrələrinə qarşı reaksiya verməyə başlayıb.

Əvvəlcə alopesiya, yəni saç tökülməsi problemi yaranıb. Nəticədə saçlarını və qaşlarını itirib.

İstifadə etdiyi sızanaq dərmanı həyatını dəyişdi — Bədəni bu hala düşdü (FOTOLAR)

Daha sonra vitiliqo xəstəliyi meydana çıxıb. Dərisində piqment itkisi baş verən Kirtusun dəri rəngində nəzərəçarpacaq dəyişiklik yaranıb. Bununla yanaşı, o, sümük itkisi problemi ilə də mübarizə aparmalı olub.

Gənc yaşadığı dəyişikliklərdən sonra özünü güzgüdə tanımaqda çətinlik çəkdiyini bildirib. Bir müddət psixoloji baxımdan ağır günlər keçirən Kirtus daha sonra həyatına davam etmək və yaşadığı təcrübəni başqaları ilə bölüşmək qərarına gəlib.

Kirtus daha sonra fərqli görünüşü ilə modellik fəaliyyətinə başlayıb. Onun hekayəsi mediada geniş maraq doğurub və TLC kanalının “One Day in My Body” proqramında yer alıb.

İstifadə etdiyi sızanaq dərmanı həyatını dəyişdi — Bədəni bu hala düşdü (FOTOLAR)

Onun həyatından bəhs edən “Acne Meds Gave Me Vitiligo” adlı sənədli film də hazırlanıb.

Hazırda sosial mediada minlərlə izləyicisi olan Kirtus dərmanlardan düzgün istifadə edilməsinin vacibliyinə diqqət çəkir və öz təcrübəsi ilə fərqli görünüşü olan insanlara dəstək verməyə çalışır. Demokrat.az

D
demokrat.az