Goranboyda 14 yaşlı qız zəhərlənib.
Hadisə rayonun Balakürd kəndində baş verib. 2012-ci il təvəllüdlü F. Kazımova zəhərlənmə diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir. İlkin məlumata görə, yeniyetmə ehtiyatsızlıqdan sirkə turşusu qəbul edib.
Faktla bağlı araşdırma başlanılıb. (bizim.media)


