Sosial

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən Demokrat.az-a məlumat verilib.

Məlumata görə, "Qaz İxrac" İdarəsinə məxsus qaz xəttinin birləşmə nöqtəsinin köçürülməsi ilə əlaqədar sentyabrın 2-də saat 09:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsinin və Stansiya Qala yaşayış ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Demokrat.az

D
demokrat.az