Qusar rayonu ərazisində yerləşən Heydər Əliyev zirvəsinə sentyabrın ilk günündə mövsümün ilk qarı yağıb.
Demokrat.az xəbər verir ki, bu barədə Qusarın Ləzə kənd sakini Xalid Əzizov Bizim.Media-ya məlumat verib.
Dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən zirvəyə cüzi miqdarda qar düşüb. Yağan qarın bu mövsümün ilk qarı olduğu bildirilir.
Demokrat.az


