Xalq Bank müştərilərin iri məbləğdə maliyyə ehtiyaclarını daha əlverişli şərtlərlə qarşılamaq məqsədilə daşınmaz əmlakın girovu ilə təqdim olunan kreditlər üzrə xüsusi kampaniyaya start verib.
Xatırladaq ki, Xalq Bankda daha əvvəl start verilmiş və daşınmaz əmlak əldə edilməsi üçün daha uzun müddətli maliyyələşmədən yararlanmaq imkanı təqdim edən daxili ipoteka krediti üzrə kampaniya da davam edir.
Beləliklə, müştərilər maliyyə ehtiyaclarının həcminə və məqsədinə uyğun olaraq həm yüksək kredit məbləği, həm də daha uzun müddətli və sərfəli faiz dərəcəsi ilə ödəniş imkanı əldə edə bilirlər. Kampaniyadan yararlanmaq üçün müştərilər Xalq Bankın ölkə üzrə 31 filialdan ibarət xidmət şəbəkəsinə müraciət edə bilərlər.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.


