Sosial

Sabirabadın 10 kəndində qaz kəsiləcək

Sabirabadın 10 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Demokrat.az

D
demokrat.az