Siyasət

Kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara MSK-dan CAVAB

Kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara MSK-dan CAVAB

Mərkəzi Seçki Komissiyası 8 saylı dairədə bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib.

Demokrat.azbildirir ki, komissiyanın mətbuat katibi Şahin Əsədli "Qafqazinfo"ya bildirib ki, həmin şəkildəki məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyatı yoxdur: “Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı məsələlərdə narazılıqlar olmuşdu. Buna görə də, bütün seçkilərdə təhlükəsizlik kameralarının ağzı bağlanır ki, insanlar tərəfindən narazılıq olmasın. MSK-nın bütün veb-kameraları hazırda aktivdir".

Demokrat.az

D
demokrat.az