Maraqlı Özəl

Qışa hazırlıq: Bir banka borş əlavəsi ilə bütün il rahatlıq

Qışa hazırlıq: Bir banka borş əlavəsi ilə bütün il rahatlıq

Qış aylarında dadlı borş hazırlamağı asanlaşdırmaq üçün tərəvəzlərdən əvvəlcədən xüsusi əlavə hazırlamaq mümkündür. Mövsümi tərəvəzlərin bol olduğu avqust ayında hazırlanan bu konservlə borşu cəmi 15 dəqiqəyə süfrəyə vermək olar.

Demokrat.az xəbər verir ki, bu barədə "Unian" yazıb.

Bunun üçün 1,5 kiloqram çuğundur, 700 qram kələm, 4 baş soğan, 6 ədəd kök, 10 diş sarımsaq, 300 millilitr tomat pastası, 200 millilitr günəbaxan yağı, 1 stəkan su, 4 çay qaşığı şəkər, 2 çay qaşığı duz, istəyə görə istiot və digər ədviyyatlar lazımdır. Uzun müddət saxlanması üçün qarışığa sirkə də əlavə edilir. Bu miqdardan təxminən 5 ədəd yarımlitrlik banka alınır.

Hazırlamaq üçün tərəvəzlər yuyulub təmizlənir. Çuğundur, kök və kələm sürtgəcdən keçirilir, soğan doğranır, sarımsaq əzilir. Tərəvəzlər dərin qazana yığılaraq yağ, tomat pastası və su əlavə edilir. Qarışıq zəif odda, qapağın altında təxminən 1 saat bişirilir.

Daha sonra sarımsaq, şəkər, duz, sirkə və ədviyyatlar əlavə olunur və qarışıq daha 30 dəqiqə bişirilir. Hazır əlavə steril bankalara doldurulur, qapaqları möhkəm bağlanır və soyuyana qədər tərs çevrilmiş vəziyyətdə saxlanılır. Sərin yerdə təxminən 6 ay qorumaq mümkündür.

Borş hazırlayarkən isə əvvəlcə ət və ya tərəvəz bulyonu qaynadılır, kub şəklində doğranmış kartof əlavə edilərək 15 dəqiqə bişirilir. Ardınca 3 litr suya təxminən 500 qram hazır əlavə tökülür və bir neçə dəqiqə qaynadılır. Borşu ocaqdan götürdükdən sonra 30 dəqiqə qapağı bağlı saxlamaq məsləhətdir.

Jalə Demokrat.az

D
demokrat.az