Gündəm

Azərbaycanda "sükut günü"dür

Azərbaycanda sükut günüdür

Növbədənkənar parlament seçkiləri üzrə seçkiqabağı təşviqat yekunlaşdı.

Demokrat.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Təşviqatın aparılması 17 yanvar saat 00:00-dan 8 fevral saat 08:00-dək davam edib. Bu dəqiqədən etibarən təşviqat aparmaq qadağandır.

Bu günü qeyri-rəsmi olaraq "sükut günü" də adlandırırlar.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.

Demokrat.az

D
demokrat.az