Türk musiqisinin sevilən sənətçilərindən Sibel Can son konsertində həm ifası, həm də səhnə tərzi ilə diqqət çəkib.
Demokrat.az xəbər verir ki, bədənini sıx şəkildə əhatə edən libas seçən sənətçinin konsert zamanı çəkilən bəzi görüntüləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb.
Fotoları görən bəzi istifadəçilər Sibel Canın çəki aldığını iddia edib. Digər izləyicilər isə görüntünün tamamilə libasın kəsimi və səhnə işıqları ilə bağlı olduğunu bildiriblər.
Qısa müddətdə çoxsaylı şərhlər alan görüntülər sənətçinin pərəstişkarlarını iki fərqli fikrə bölüb.

Jalə Demokrat.az


