Türkiyənin tanınmış müğənnisi Tarık Mengüç qəfil xəstəxanaya yerləşdirilərək təcili əməliyyat olunub. İlkin olaraq apandisitdən şübhələnilən sənətçinin müayinələri zamanı bağırsağında kütlə aşkarlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə ifaçının həyat yoldaşı Funda Mengüç sosial media hesabında məlumat yayıb.
Funda Mengüç ailəsinin çətin günlər yaşadığını bildirib və həyat yoldaşının səhhəti ilə bağlı əməliyyatın təfərrüatlarını açıqlayıb.
Həkimlər təcili müdaxilə edib
Məlumata görə, Tarık Mengüç qəfil narahatlandıqdan sonra xəstəxanaya aparılıb. Aparılan müayinələr zamanı bağırsağında kütlə müəyyən edilib.
Həkimlər vəziyyəti nəzərə alaraq dərhal cərrahi müdaxilə həyata keçiriblər. Əməliyyat uğurla başa çatıb.
Patologiya cavabı gözlənilir
Hazırda ailənin əsas gözləntisi əməliyyat zamanı götürülən toxumanın patologiya nəticəsidir.
Funda Mengüç bildirib ki, nəticənin təxminən iki həftə ərzində məlum olması gözlənilir. O, həyat yoldaşının vəziyyətinin yaxşılaşmasını arzuladıqlarını qeyd edib.
“Mənim indi tək duam iki həftədən sonra çıxacaq patologiya cavabının təmiz olmasıdır”, – deyə Funda Mengüç bildirib.
O, həmçinin həyat yoldaşının illər ərzində insanlara etdiyi yaxşılıqların bu çətin günlərdə onun üçün dua kimi geri qayıtdığını vurğulayıb.
Tarık Mengüçün pərəstişkarları da sosial şəbəkələrdə sənətçiyə dəstək mesajları yazaraq onun tezliklə sağalmasını arzulayıblar.

Jalə Demokrat.az


