“Oskar” mükafatlı məşhur aktrisa Allison Canney şəxsi həyatı ilə bağlı illərdir gizli saxladığı məqamları açıqlayıb. 66 yaşlı ulduz heç vaxt evlənməməsi və övladının olmaması barədə səmimi danışıb.
Demokrat.az xəbər verir ki, “I, Tonya” filmindəki performansına görə “Oskar” qazanan, “Mom” serialı ilə də böyük populyarlıq qazanan Janney “Reclaiming With Monica Lewinsky” podkastının son buraxılışında şəxsi həyatı barədə etiraflar edib.
Aktrisa evlənmək və ana olmaq istədiyi halda bunların həyatında baş vermədiyini bildirib. “Mənim vaxtımda müəyyən yaşa çatanda evlənirdilər. Mən də həmişə həmin yaşlarda evlənəcəyimi düşünürdüm”, deyə Janney bildirib.
O, 40 yaşlarında övlad sahibi olmaq ehtimalını öyrənmək üçün reproduktiv sağlamlıq üzrə mütəxəssisə müraciət etdiyini də açıqlayıb. Həkim ona hamilə qalmaq şansının yüksək olmadığını bildirib.
Canney həmin vaxt münasibətdə olduğu kişinin də onunla həkimə getmədiyini deyərək bunun özü üçün bir işarə olduğunu düşündüyünü söyləyib.
Aktrisa 30 yaşlarının ortalarında dörd il davam edən münasibəti zamanı isə artıq uşaq sahibi olmağın vaxtının gəldiyini düşündüyünü bildirib. Lakin sonradan həmin insanın onun övlad sahibi olmaq istədiyi kişi olmadığını anlayıb.
Canney daha sonra uyğun olmayan münasibəti davam etdirərək özünü tənha hiss etməkdənsə, tək qalmağı seçdiyini söyləyib. O, əslində uşaq sahibi olmaq istəyib-istəmədiyi ilə bağlı da ziddiyyətli hisslər yaşadığını bildirib.
Aktrisanın sözlərinə görə, həyatının müəyyən mərhələsində ana olmaq istəyib-istəmədiyini düşündüyü halda, son nəticədə övlad sahibi olmaması ilə barışıb.
Canney şəxsi həyatında ən böyük sevgisinin isə heyvanları, xüsusilə itləri olduğunu vurğulayıb: “Heyvanlar, xüsusilə də itlər mənim ürəyimdir”.
Məşhur aktrisa daha əvvəl də evliliyin onun həyatında baş verməməsini problem hesab etmədiyini demişdi. 2021-ci ildə “The Drew Barrymore Show” proqramında çıxışı zamanı Janney həyatının həmin mərhələsində kim olduğunu və nə istədiyini daha yaxşı anladığını, həyatını bölüşəcəyi birini tapmağı arzulasa da, bunun baş verməməsinin də problem olmadığını bildirmişdi.
Canney uzun illər ərzində bir neçə münasibət yaşayıb. 1994-2001-ci illərdə aktyor Dennis Qaqomiros ilə birlikdə olub. Daha sonra “Our Very Own” filmindəki həmkarı Richard Jenik ilə nişanlanıb, lakin onların iki illik nişanı 2006-cı ildə sona çatıb. Aktrisanın 2017-ci ildə prodüser Philip Joncasla beş illik münasibəti də bitib.
Jalə Demokrat.az


