Kriminal Özəl

Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü

Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü

İstanbulda yaşayan 57 yaşlı Azərbaycan vətəndaşı Lətifə İbadova evində ölü vəziyyətdə aşkarlanıb.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşları qadının meyitini mənzildə tapıblar.

Hadisə yerinə baxış zamanı onun bədənində kəsici alətdən istifadə nəticəsində yaranmış xəsarətlərə rast gəlinməyib. Eyni zamanda, mənzildə narkotik vasitə də müəyyən edilib.

Qadının ölümünün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün meyit məhkəmə-tibbi ekspertizaya göndərilib. Meyit İstanbul Ədli Tibb Qurumu morquna təhvil verilib.

Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. Ölümün səbəbi ekspertizanın nəticələrindən sonra dəqiqləşəcək.

Jalə Demokrat.az

D
demokrat.az