Türkiyəli müğənniEbru Gündeşyeni paylaşımı ilə sosial medianın diqqətini çəkib.
Ötən qış üzünə yarım liftinq proseduru etdirdiyi və bunun üçün10 milyon TLödədiyi iddia olunan sənətçi son görüntüsü ilə pərəstişkarlarının qarşısına çıxıb. Təbii və enerjili görünüşü diqqət çəkən Gündeş fotosunu“Hiss edirəm, çox gözəl şeylər olacaq”sözləri ilə paylaşıb.
Müğənninin üzündəki dəyişiklik izləyicilərin diqqətindən yayınmayıb. Paylaşım qısa müddətdə çoxsaylı bəyənmə və şərh alıb.
Qeyd edək ki, Ebru Gündeşin yarım liftinq proseduru üçün30 min dollarödədiyi də iddia edilmişdi. Müğənni daha sonra səhnədə estetik əməliyyat keçirdiyini təsdiqləyərək,“Üzümün yarısını gərdirdim. Sizin üçün etdirdim. Necədir, 10 yaş cavanlaşmışam?”demişdi.
Gündeşin son paylaşımında yazdığı“Çox gözəl şeylər olacaq”ifadəsi isə pərəstişkarları arasında maraq yaradıb.




